Müsәlman qonşumuzu necә sevmәliyik?
Pislikdәn çәkinib yaxşılığı etmәyin çox yolu olduğu kimi, bu sualın cavabı da çoxdur. “Sevən insan qonşusuna qarşı pis iş görməz” (Rom. 13:10). “Məhəbbət səbirlidir, hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər” (1Kor. 13:4). Biz burada, mәnim fikrimcә, bizim dövrümüzdә vurğulanmalı olan mәqamlara toxunacağıq.
[Qeyd: Düşmәnlәrimizi sevmәkdәn danışdıqda bütün müsәlmanların mәsihçilәrә qarşı әdavәt bәslәdiklәrini, nifrәt etdiklәrini nәzәrdә tutmuram. Bu, elә deyildir. Müsәlmanların çoxu qonaqpәrvәr, xeyirxah, qayğıkeş insanlardır. Söyləmәk istәdiyim budur ki, bir kәs (hansı dinә mәnsub olursa-olsun vә ya heç bir dinә bağlı olmasa) bizә qarşı әdavәt bәslәyәndә, biz ona sevgi göstәrmәyә davam etmәliyik.
Bizim günümüz şәraitindә daha bir açıqlama lazım olur. Mәn deyәndә ki, mәhәbbәt bizi müsәlmanların fiziki ehtiyaclarını qarşılayacaq şәkildә әmәli yaxşılıq etmәyә çağırır, mәsihçi olmaları şәrti ilә yardım etmәyi nәzәrdә tutmuram. Әmәli mәhәbbәt Mәsihin mәhәbbәtinә şәhadәt edir. Şәhadәt әn çox tәlәb edildiyi yerdә saxlanılmamalıdır. Başqalarını Mәsihin yoluna döndәrmәk üçün zor gücündən, yaxud puldan istifadә edәnlәr xilasedici imanın tәbiәtinә zidd hәrәkәt edirlәr. Xilasedici iman azad seçim yoluyla Xilaskarımız, Rәbbimiz vә hәr şeydәn üstün olan Xәzinәmiz kimi İsanı qәbul etmәyimizdir. İsa, hansısa xәzinәni әldә etmәk üçün bir vasitә deyildir. İsa Özü Xәzinәdir.]
1. Sizi sevsәlәr dә, sevmәsәlәr dә, Mәsihin onlara tam şәkildә xeyir-dua vermәsi üçün dua edin.
- Luk. 6:28 - Sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin
- Rom. 12:14 - Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin.
- 1Kor. 4:12 - Bizə böhtan atanda xeyir-dua veririk.
2. Onların fiziki ehtiyaclarını qarşılayacaq şәkildә әmәli yaxşılıq edin.
- Luka 6:27 - Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin.
- Luka 6:31 - İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.
- 1Sal. 5:15 - Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın.
- Rom. 12:20 - Əksinə, “düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən.”
3. Onlar sizi şәxsәn incitdiklәri zaman, qisas almayın.
- 1Pet. 3:9 - Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə, xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız.
- Rom. 12:17, 19 - Heç kimə pislik əvəzinə pislik etməyin... Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: “Qisas Mənimdir, əvəzini Mən verəcəyəm.”
4. İmkan daxilində, bacardıqca onlarla sülh içində yaşayın.
- Rom. 12:18 - İmkan daxilində, bacardıqca bütün adamlarla sülh içində yaşayın.
5. Onlara Mәsihin hәqiqәtini danışaraq, günahdan vә mәhkumiyyәtdәn azad olub sevinc ilә yaşamaları üçün səy göstərin.
- Yəh. 8:31-32 - O zaman İsa Ona inanmış yəhudilərə dedi: “Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcəkdir.”
6. Onların sizinlә birlikdә cәnnәtә gedib, Atanın yanında olmalarını ürәkdәn arzu edәrәk, buna aparan yolu – İsa Mәsihi onlara göstәrin.
- Rom. 10:1 - …xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm.
- Yəh. 14:6 - İsa ona dedi: “Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.”
- Yəh. 3:16 - “Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.”
7. Onlarla söhbәtdә tәsdiq vә ya inkar etdikləriniz sәhv anlayışınızdan gәlmәsin, әksinә, onların dediklәrinә әsaslansın deyә, dediklәrinin mәnasını anlamağa çalışın.
- 1Kor. 13:6 - Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar.
8. Onlara göz yaşı tökә-tökә xәbәrdarlıq edin ki, çarmıxa çәkilib dünyanın günahlarını aradan götürәn vә dirilәn Xilaskar kimi İsa Mәsihi qәbul etmәyәnlәr Allahın qәzәbindәn hәlak olacaqlar.
- Yəh. 1:12 - Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
- Rom. 10:9 - Əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan.
- Fil. 3:18 - Sizə dəfələrlə söylədiyim kimi, indi də göz yaşları içində təkrar deyirəm: bir çoxları Məsihin çarmıxına düşmən olaraq həyat sürür.
9. "Müsәlmanlar da hәqiqi Allaha ibadәt edirlәr" deyib, onları aldatmayın vә onlara boş ümid vermәyin.
Bunu demәklә siz müsәlmanların ürәklәrindә Allahı tanıdıqlarını, sevdiklәrini, Ona hörmәt etdiklәrini tәsdiq edirsiniz. Lakin İsa insanın Allahı tanıyıb-tanımadığını yoxlamağın yolunu göstәrir: İsanın çağırışına müsbәt cavab verәn insan Onu tanıyır, vermәyən isә Onu tanımır. Onun çağırışı isə bundan ibarәtdir ki, Ona İlahi Şәxs, günahları aradan qaldırmaq üçün qurban gedən və dirilәn Xilaskar kimi iman etsinlәr. Bunu etmәyәn insan Allahı tanımır, sevmir və Ona hörmәt etmir.
- Yəh. 8:19 - Onda İsadan soruşdular: “Atan haradadır?” İsa cavab verdi: “Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız.”
- Yəh. 5:23 - Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.
- Yəh. 5:42-43 – (İsa dedi:) "Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz."
Mәhәbbәt müsәlmanların İsanı hәqiqәtdә olduğu kimi qәbul etmәyә-etmәyә guya Allahı tanıdıqlarını, Ona hörmәt və məhəbbət bəslədiklərini söylәyәrәk müsәlmanları da, onları sevәnlәri dә əsla aldatmaz. Biz insanların ürәklәrini görә bilmirik. Bәs onların hәqiqi Allahı tanıdıqlarını, Ona hörmәt vә mәhәbbәt göstәrdiklәrini necә bilәcәyik? Biz onlara İsanı tanıtmaq üçün canlarımızı qurban verməyə hazırıq. Onlar İsanı qәbul etsәlәr, Allahı tanıyıb sevdiklәrini, Ona hörmәt etdiklәrini tәsdiq edәcəklәr. Lakin Onu qәbul etmәsəlәr, әksini göstәrәcәklәr. İnsanın İsa haqqında qənaəti hәqiqәti aşkara çıxarar.
İsanın Luk. 10:16-dakı sözləri də elə bunu təsdiqləyir: “Məni rədd edən isə Məni Göndərəni rədd edir”; bundan əlavə, Mat. 10:40: “Məni qəbul edən Məni Göndərəni qəbul edər” və Yəh. 5:46: “Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız.”
Müsәlmanlara da, başqalarına da әn böyük yaxşılığımız İsa Mәsih haqqında hәqiqәti danışmaqdır. Eyni zamanda, onlara can yandıraraq qayğı göstәrmәk, onları atmaqdansa onlara görə әziyyәtlәrә dözmәk, "boş ibadət"dәn (Mark 7:7) uzaqlaşıb günahlarının bağışlanması vә әbәdi hәyat ümidlәrinin olması üçün Mәsihi çarmıxa çәkilmiş vә dirilmiş Xilaskar kimi qәbul etmәlәri üçün onlara yalvarmaq çox vacibdir. Bizim hәdsiz sevincimiz bundadır ki, dünyanın bütün müsәlman xalqlarından qardaş-bacılarımız olsun!